Geri Vermə (İadə) Qaydaları

Bütün Türk saytlarında müştərilərə alınan malları geri vermə (iadə) haqqı verilir. Geri vermə müddəti müxtəlif saytlarda müxtəlif olub minimum 7 günlə maksimum 30 gün arasında dəyişməkdədir. www.turkiyedenalver.com saytı vasitəsilə verilən sifarişlərin geri verilməsi üçün müştərilərimizə köməklik edilməkdədir.

Defektli Malların Geri Verilməsi

Alınan mal defektli, qüsurlu, əksik və ya yanlış (ölçü, rəng və ya model fərqliliyi) çıxarsa, saytımızla əlaqə saxlayaraq məhsulu geri verə bilərsiniz. Geri vermə tələbi sifarişin təhvil alınmasından sonrakı 1 həftə ərzində olmalı və geri verilən məhsul, orijinal sarafanında və etiketi üstündə olmalıdır. Geri verilən geyim, yoxlamaq məqsədilə bir dəfə geyilmiş olması xaricində geyilməməlidir. Sifariş əməkdaşımız tərəfindən geri alındığı zaman ödənilmiş olan məbləğ müştəriyə geri ödənilir.

Defektsiz Malların Geri Verilməsi

Müştəri, almış olduğu məhsulu hər hansı bir səbəbdən bəyənməsə və ya ölçüsü düz gəlməsə, yenə də geri vermə haqqı var. Sadəcə belə hallarda alınmış olan məhsul müştəri tərəfindən İstanbul’a karqolanır, İstanbuldakı əməkdaşlarımız məhsulu karqdan təhvil alaraq tədarükçü şirkətə geri göndərirlər. Geri verilən məhsulun məbləği tədarükçü şirkətdən alındıqdan sonra müştəriyə geri ödənilir. İstanbula karqolanan məhsul yenə orijinal sarafanında və etiketi üstündə olmalı, tədarükçü şirkətin geri alma müddəti bitmədən İstanbula çatmalıdır.