Məxfilik Prinsipi

Türkiyədən Azərbaycana Çatdırılma

www.turkiyedenalver.com (“Saytımız”) üzvlərimizin – müştərilərimizin verdiyi məlumatların məxfiliyinin qorunması və bununla bağlı bu və digər xüsuslarda aşağıda təfərrüatlı şəkildə təsvir olunan Məxfilik Prinsipini mənimsəyib.

Saytımıza daxil edilən məlumatların və əməliyyatların məxfiliyi, əlaqədar sistem və internet infrastrukturu ilə təmin olunmaqdadır. Online olaraq heç bir müştəridən kredit və ya bank kartı bilgiləri soruşulmamaqda, bütün ödəmələr yalnız və yalnız nəqd şəklində sifariş təhvil verildikdən sonra qəbul edilməkdədir.

Müştərilərimizin Saytımıza üzvlük, mal/xidmət satın alma və bilgi yeniləmə məqsədilə daxil etmiş olduğu bütün məlumatlar, xüsusilə ünvan və telefon bilgiləri başqa üzvlər tarafindən görülmür və heç bir şəkildə üçüncü şəxslərlə paylaşılmır.

Üzvlərimizə – müştərilərimizə aid məlumatlar yalnız qanun çərçivəsində nəzərdə tutulan hallarda və yalnız qanun çərçivəsində nəzərdə tutulan orqanlara bildirilə bilər. Bundan başqa, üzvlərimizin qeydiyyatdan keçərkən və ya sifariş verərkən verdikləri əlaqə bilgiləri (telefon, e-mail) və başqa şəxsi bilgilər şirkətimiz tərəfindən bazar araşdırması, müxtəlif tanıtım, reklam, kampaniya, satış və marketing məqsədilə qeydə alına və istifadə oluna bilər.

www.turkiyedenalver.com saytından üzvlükdən ayrılmaq üçün Saytımız tərəfindən göndərilən e-maillərə “Subject” bölməsinə “Sil” yazaraq cavab verməyiniz yetərlidir.

Saytımızın link verdiyi digər web saytlarında olunan əməliyyatlar üçün o saytlara aid məxfilik-güvənlik prinsipləri və istifadə qaydaları qüvvədədir; Saytımızdan reklam, banner, link və ya başqa hər hansı bir vasitə ilə gedilən alış-veriş saytlarının məlumat istifadə prinsipləri, o cümlədən saytların əxlaqi prinsipləri, məxfilik-güvənlik prinsipləri, xidmət keyfiyyəti və digər qaydaları ilə bağlı yarana biləcək ixtilaf, maddi-mənəvi zərər və itkilərdən www.turkiyedenalver.com saytı məsuliyyət daşımır.

Saytımızda yer alan hər cür bilgi, məlumat ilə bunların düzəldilməsi və qismi/tam istifadəsi mövzusunda bütün haqlar, o cümlədən əqli mülkiyyət haqları www.turkiyedenalver.com‘a məxsusdur.

Saytımızdan satın alınan mallar üçün ödəniş yalnız qapıda və nəqd olaraq həyata keçirilir.

Saytımızdan yalnız Azərbaycan Respublikasının Bakı şəhərinə kargo göndərilir.

Bu və digər xidmətlərimizlə bağlı ətraflı məlumat almaq üçün 00.90 537.3032221 nömrəli Müştəri Xidmətləri telefonumuz, destek@turkiyedenalver.com e-mail adresi və ya əlaqə formunu dolduraraq əlaqə saxlaya bilərsiniz.

Bu və digər xidmətlərimizlə bağlı ətraflı məlumat almaq üçün 00.90 537.3032221 nömrəli Müştəri Xidmətləri telefonumuz, destek@turkiyedenalver.com e-mail adresi və ya əlaqə formunu dolduraraq əlaqə saxlaya bilərsiniz.