ŞƏRTLƏR VƏ QİYMƏTİN HESABLANMASI QAYDASI

www.turkiyedenalver.com saytı bir Türk şirkəti olan “Azman Group” holdinginin bir üzvüdür və yalnız Türkiyə qanunlarına tabedir. Saytımız vasitəsilə satın alınan bütün mallar mövcud qanunvericiliyə uyğun şəkildə ixrac edilir ve bütün mallar üçün həftəlik gömrük bəyannaməsi açılır.

Saytımızdan alış-veriş qarşılıqlı etimad prinsipi üzərinə qurulmuş olduğu üçün, www.turkiyedenalver.com saytı, hər hansı bir müştəriyə mal satmaqdan vaz keçmə və ya sifariş vermiş olduğu malı çatdırmama haqqına sahibdir.

SİSTEM BU ŞƏKİLDƏ İŞLƏYİR:

  1. Saytımızda qeydiyyatdan keçirsiniz və qeydiyyat zamanı ünvanınızı ətraflı şəkildə bildirirsiniz;
  2. Bundan sonra istənilən Türk saytından almaq istədiyiniz məhsulun linkini aşağıdakı yollardan biri ilə bizə göndərirsiniz:
    • Sağ alt küncdəki mesajlaşma pəncərəsindən yazaraq
    • info@turkiyedenalver.com adresinə mail ataraq
    • 00905373032221 nömrəsinə whatsapp ilə yazaraq
    • www.facebook.com/turkiyedenalver səhifəsində yazaraq;
  3. Bunun cavabında linkini göndərdiyiniz məhsulun sizə neçəyə başa gələcəyini bildiririk və yalnız sizdən təsdiq mesajı aldıqdan sonra sifarişiniz qəbul edilir;
  4. Sifarişiniz hazır olub Bakıya göndərildikdən və Bakıdakı əməkdaşımız tərəfindən sizə çatdırıldıqdan sonra ödəniş edirsiniz (Sadəcə ilk sifarişlərdə ödənişin yarısı əvvəldən alınır).

Türk saytlarından Sifarişlərin Azərbaycana Çatdırılması

QİYMƏT NECƏ HESABLANIR?

QİYMƏTİN HESABLANMASI QAYDASI:

  • 30 TL – 99 TL arasındakı məbləğlər 1 TL = 0,90 AZN;
  • 100 TL – 199 TL arasındakı məbləğlər 1 TL = 0,85 AZN;
  • 200 TL’dən yüksək məbləğlər 1 TL = 0,80 AZN şəklində hesablanır.

Qeyd: Qiymət hesablandığı zaman tədarükçü firmanın malın qiymətinə əlavə etdiyi karqo pulu da əlavə olunaraq, toplam məbləğ üzərindən hesablanır.

Saytımızda minimum sifariş miqdarı 30 TL’dir.

Böyük qabaritli mallar (mebel, ev avadanlılqarı, avtomobil ehtiyat hissələri, idman alətləri və s.), o cümlədən tədarükçü firmanın əlavə etdiyi kargo məbləğinin malın qiymətinin ən az 30%’indən çox olan məhsullar fərqli şəkillərdə hesablana bilər. Almaq istədiyiniz məhsulun linkini göndərərək dəqiq qiymət öyrənə bilərsiniz.

Yuxarıdakı formullarla hesablanan AZN qiymətlərə Türkiyə daxilindəki karqo pulu, İstanbul-Bakı arası nəqliyyat və Bakıda ünvana çatdırılma xidmətlərinin xərci daxildir. Sifariş çatdırıldığı zaman, Sizdən hər hansı əlavə karqo pulu və ya xidmət haqqı alınmır.

Daimi müştərilərin göstərdiyi performansdan asılı olaraq müxtəlif müştərilərə qiymətlər müxtəlif formullar ilə hesablana bilər.

Saytımızda satış sistemi qarşılıqlı etimad münasibəti əsasında qurulmuş olduğu üçün, bu etimadı zədələyən müştərilərdən sifariş üçün əvvəlcədən ödəniş tələb edilə bilər.

turkiyedenalver.com saytı xəbərdarlıq etmədən yuxarıdakı şərtləri hər zaman dəyişdirmə haqqına sahibdir.