ŞƏRTLƏR VƏ QİYMƏTİN HESABLANMASI QAYDASI
www.turkiyedenalver.com saytı bir Türk şirkəti olan “Azman Group” holdinginin bir üzvüdür və yalnız Türkiyə qanunlarına tabedir. Saytımız vasitəsilə satın alınan bütün mallar mövcud qanunvericiliyə uyğun şəkildə ixrac edilir ve bütün mallar üçün həftəlik gömrük bəyannaməsi açılır.
Saytımızdan alış-veriş qarşılıqlı etimad prinsipi üzərinə qurulmuş olduğu üçün, www.turkiyedenalver.com saytı, hər hansı bir müştəriyə mal satmaqdan vaz keçmə və ya sifariş vermiş olduğu malı çatdırmama haqqına sahibdir.
SİSTEM BU ŞƏKİLDƏ İŞLƏYİR:
- İstənilən Türk saytından almaq istədiyiniz məhsulun linkini aşağıdakı yollardan biri ilə bizə göndərirsiniz:
- Sağ alt küncdəki mesajlaşma pəncərəsindən yazaraq
- info@turkiyedenalver.com adresinə mail ataraq
- 00905068334344 nömrəsinə whatsapp ilə yazaraq
- www.facebook.com/turkiyedenalver səhifəsində yazaraq;
- Bunun cavabında linkini göndərdiyiniz məhsulun sizə neçəyə başa gələcəyini bildiririk və yalnız sizdən təsdiq mesajı aldıqdan sonra sifarişiniz qəbul edilir;
- Sifarişiniz hazır olub Bakıya göndərildikdən və Bakıdakı əməkdaşımız tərəfindən sizə çatdırıldıqdan sonra ödəniş edirsiniz (Sadəcə ilk sifarişlərdə ödənişin yarısı əvvəldən alınır).

QİYMƏT NECƏ HESABLANIR?
QİYMƏTİN HESABLANMASI QAYDASI:
- 50 TL – 99 TL arasındakı məbləğlər 1 TL = 0,50 AZN;
- 100 TL – 199 TL arasındakı məbləğlər 1 TL = 0,45 AZN;
- 200 TL’dən yüksək məbləğlər 1 TL = 0,40 AZN şəklində hesablanır.
Qeyd: Qiymət hesablandığı zaman tədarükçü firmanın malın qiymətinə əlavə etdiyi karqo pulu da əlavə olunaraq, toplam məbləğ üzərindən hesablanır.
Saytımızda minimum sifariş miqdarı 50 TL’dir.