Türkiyə Turları

Türkiyədə hər cür turların təşkilini həyata keçirdirik. İstər tarixi-mədəni gəzintilər olsun, istər 5 ulduzlu dənizə sıfır otellərdə ultra hər şey daxil istirahət olsun, istər macəra turizmi, istərsə də müalicəvi turlar olsun, hamısını bizim vasitəmizlə münasib qiymətə satın ala bilərsiniz. Bizim vasitəmizlə ayrı-ayrılıqda otel, şəhərlər arası avtobus və ya təyyarə biletlərini sifariş verə biləcəyiniz kimi, hər şey daxil paketlər də satın ala bilərsiniz. Bu kimi hallarda Azərbaycandan Türkiyəyə və geri dönüş təyyarə biletləri də daxil olmaqla hər şey daxil bir paket təqdim edirik və havalimanında qarşılama, otelə yola salma, arzu olunduğu təqdirdə əlavə turların təşkili kimi xidmətlər də daxil edilmiş olur.

Türkiyə turlarını Türkiyənin müxtəlif turizm saytlarından özünüz tapıb bizə bildirə bildirdiyiniz təqdirdə, həmin seçdiyiniz turu sizin üçün satın alıb bütün prosedurları sizin adınıza tamamlaya bilərik. Amma alternativ olaraq bizə istədiyniz tur şəklini bildirsəniz biz də sizin üçün müxtəlif variantları təqdim edə bilərik. Ödənişi AZn və ya Dollar ilə nəqd şəklində Bakıda bizə edəcəksiniz. Aşağıdakı xidmətləri təşkil edirik:

  • Türkiyənin hər hansı bir şəhərinə gediş-dönüş təyyarə biletinin satın alınması;
  • Türkiyə Aaeroportunda qarşılama və otelə çatdırma;
  • Türkiyənin istənilən otelində yer ayırtma;
  • İstənildiyi tədirdə, günlük ev kirayəsi;
  • Sürücülü və ya sürücüsüz maşın kirayəsi;
  • Türkiyə daxilində şəhərlər arası təyyarə, avtobus və ya qatar biletlərinin satın alınması;
  • Türkiyənin turizm şirkətlərinin paket turlarının satın alınması;
  • Müxtəlif şəhərlər üçün günlük bələdçi xidməti;
  • Macəra turlarının (paraşütlə tullanma, dənizə dalış, vertolyot gəzintisi, rafting, surfiing, trekking) təşkili.

 

 

Türkiyədə nələr təşkil edirik

İstanbul gəzintisi istanbul turu istanbula səyahət

İstanbul Gəzintisi

İstanbul deyiləndə ağlınıza ancaq Sultan Ahmet, Ayasofiya və Topkapı sarayı gəlirsə İstanbulu gəzmiş sayılmazsınız. Bizim bələdçiliyimiz ilə Şilə’də Saklıgöl kənarında səhər yeməyi ilə başlayan turlar Polonezköyün dərinliklərini,Belqrad meşələrini və Kilyos təbiətini gördükdən sonra Anadolu Kavağında İstanbul boğazının başlandığı nöqtədə tamamlanar. Sizə əsl İstanbulu göstərməyə hazırıq

Xizəklə sürüşmə dağ xizək kurortları kayak turları

Dağ Xizək Kurortu

Dünyanın tanınmış dağ xizək kurortlarının bir neçəsi Türkiyədə yerləşir. Bizim vasitəmizlə bütün qış boyunca Bursa Uludağda, İzmit Kartepe dağında, Sakarya Kartalkayada dağında və ya Erzurum Palandöken daşında dağ xizəyinin kefini yaşaya bilərsiniz. Xizək turu xidməti verən otellərdə yer ayırtmadan tutmuş, otelə çatdırılma, xizək avadanlıqlarının və geyiminin kirayə götürülməsi işlərini təşkil edirik.

Hava şarı ilə səyahət hava balonu kapadokiya

Hava Şarı Səyahəti

Bəlkə 80 gündə dünyanı dolaşa bilməzsiniz, amma Türkiyənin bir çox şəhərində hava şarına minərək şəhəri yüksəkdən izləmənin kefini yaşaya bilərsiniz. Xüsusilə məşhur Kapadokiya şəhərində hava şarlarına minərək əsrarəngiz pəri bacalarını müşahidə edər, unutulmaz şəkillər çəkdirə bilərsiniz. Bütün səyahətləriniz üçün bizim vasitəmizlə sığorta etdirmə imkanı da mümkündür

Gəmi turları dənizlə səyahət cruise gəzintiləri

Gəmi Kruizləri

İstər Türkiyə dənizləri, istər dünya dənizləri üçün gəmi səyahətləri təşkil edirik. Xüsusilə ən çox istifadə edilən Aralıq dənizi turları ilə Türkiyə, Misir və Yunanıstan şəhərlərini görə bilərsiniz. Buna alternativ olaraq Yunan adaları turu ilə gündüzləri Yunanıstanın bir birindən gözəl adalarını görər, gecələri isə gəmidə rahat kayutanızda səyahət edərsiniz. Daha böyük gəmilərdə Atlantik turları da mümkündür.

Dənizə dalış dalma akvalanq suya batma dərsləri

Türkiyə Dənizlərində Dalış

Dünyanın ən gözəl dalış yerlərindən bir neçəsi Türkiyədə Kaş və Çanakkale şəhərləri yaxınlığındadır. Daha əvvəl heç dalışla məşğul olmamısınızsa, narahat olmayın; nəzəriyyə və təcrübədən ibarət olan 10 dalış dərsi ni alaraq dalış sertifikatına sahib ola bilərsiniz. Bundan sonra isə Türkiyə dənizlərində bir çox yerdə sizin üçün dalış seansları təşkil edə bilərik.

Dağa dırmaşma turları alpinistlik alpinizm dərsləri

Türkiyə Dağlarına Dırmanma

Alpinizmə və ya başqa dağ ekstremist idman növlərinə marağınız varsa, Sizin üçün müxtəlif turlar təşkil edə bilərik. Trekking turlarımız ilə ucqar dağ yamaclarında və ya dərin meşələrdə gəzinti, Rafting turları ilə yüksək sürətlə axan dağ çaylarında yüngül botlarla təhlükəli üzmə həyəcanı və alpinist qrupları ilə Türkiyənin ən təhlükəli dağlarıına dırmanma turları təşkil edə bilərik. Türk

Paraşütlə tullanma paraşütdən istifadə qaydaları

Paraşütlə Tullanma

İndiyə qədər paraştlə tullanmamızsa, bu həyəcanı yaşamağa dəyər. Heç bir paraşüt təcrübəsi olmayanlar üçün nəzəriyyə və təcrübədən ibarət olan paraşüt dərslərini alaraq müvafiq sertifikat əldə edə bilər və paraşütlə tullanma seanslarında iştirak edə bilərsiniz. İstəyinizdən asılı olaraq, təyyarədən və ya dağ yamacından paraşütlə tullanma turları təşkil edə bilərik. 

Havada uçma təyyarə sürmə

Planerlə Uçma

Planerlə, yəni motorsuz kiçik təyyarələrlə uçmağı sevirsinizsə, sizin üçün palnerlə uçuş turları təşkil edə bilərik. Buna alternativ olaraq, vertolyotla uçuş və kiçik pərvanəli təyyarələrlə uçuş üçün də turlar mövcuddur. Təyyarə sürməyi istəyənlər üçün isə pilotluq kursu təşkil edə bilərik və bu kursun axırında pərvanəli təyyarə sürərək əsl pilot ola bilərsiniz.

 

 

 

 

Türkiyənin ən Populyar Turizm Saytları

Anı Tour Türkiyənin turizm yerləri
Ets Tour Türk otelləri
Jolly Tour Türk şəhərlərinə səyahət
Pronto Tour Türkiyədə tətil
Tatil Budur Türkiyə Turları
Tatil Sepeti Türkiyədə İstirahət

 

 

Bizi təqib edin: