Türkiyədə Müalicə

Hər il on mindən çox həmvətənimiz müxtəlif xəstəliklərdən müalicə üçün Türkiyə xəstəxanalarına üz tuturlar. Siz də əgər hansısa xəstəlikdən əziyyət çəkirsinizsə, İstənilən Türkiyə xəstəxanasında və ya klinikasında müayinə və müalicənizi təşkil edə bilərik.

Hər şey, xəstəliyinizdən asılı olaraq, həmin sahədə Türkiyənin ən tanınmış həkimlərindən müayinə randevusu almaqla başlayır. Müayinə sonrası tələb olunan bütün analizlərin verilməsi, həkim tərəfindən təyin olunan müalicənin tətbiq edilməsi və lazım gəldiyi zaman cərrahiyyə əməliyyatlarının həyata keçirilməsi məsələləsində köməklik edirik. Ümumilikə aşağıdakı xidmətləri təklif edirik:

  • Sizi Bakıdan İstanbula gətiririk (lazım olduğu təqdirdə ambulans təyyarə və ya normal təyyarədə yataqda);
  • İstanbul aeroportunda qarşılayırıq;
  • Xəstəxana və ya klinikada istənilən həkimdən əvvəlcədən randevunu alırıq;
  • Türkiyədəki səyahətiniz müddətcə sizə yoldaşlıq edirik;
  • Türkiyə daxilində istənilən yerə avtomobil və ya təyyarə ilə aparırıq;
  • Müalicə bitdiyi zaman aeroportdan Azərbaycana yola salırıq;
  • Həkim və ya xəstəxana ilə sonrakı yazışmaları təşkil edirik.

 

 

XİDMəTLərİMİZ

Check-up Müayinəsi

Modern tibb, xəstəlik ortaya çıxmamışdan əvvəl lazımi tədbirləri alaraq insanın sağlam qalmağını hədəfləyir. Çünki xəstəlik ortaya çıxdıqdan sonra həm müalicəsi daha bahalı olur, həm də bəzən artıq gec olduğu üçün müsbət nəticə almaq mümkün olmur. Məhz bu səbəbdəm, heç şikayəti olmasa da, hər insan mütəmadi olaraq həkimə müraciət edərək ümumi tibbi kontrollardan keçməlidir

Dermatologiya

İnsan dərisi xüsusilə müəyyən bir yaşdan sonra mütəmadi qayğıya ehtiyac duyur. Türk klinikalarında müxtəlif metodlarla dərinizdəki ləkələrdən, Selulit, Saç tökülməsi, hamiləlikdə yaranan çatlar, ziyil və müxtəlif yara izlərindən qurtula bilərsiniz. Bundan əlavə, lazerlə üz gəncləşdirmə əməliyyatı keçirdərək ləkə və qırışlardan qurtula, daha gənc, daha sağlam və daha elastik üzə sahib ola bilərsiniz

Xərçəng müalicəsi

Dövrümüzün bəlası xərçəng xəstəliyinin müalicəsi ilə bağlı Türk xəstəxanaları böyük irəliləyişlər əldə etməkdədirlər. Xəstəliyin doğru diaqnozu üçün biopsi, PET və digər analizlərin keçirilməsindən başlayaraq, hər cür onkoloji xəstəliklərin Türkiyədə müalicəsi üçün bizə müraciət edə bilərsiniz. Bir çox xəstəxanada kemoterapiya, radioterapiya, hormonoterapiya və başqa müalicələr təşkil edilir

Döş Xərçəngi

Döş xərçəngi dünyada Ağciyər xərçəngindən sonra ən çox rastlanan xərçəng növüdür. Hər 8 qadından birində xərçəng xəstəliyinə yaxalanmaq riski vardır. Həm xəstəliyin vaxtında aşkarlanması üçün mütəmadi mamoqrafiya və ya USG analizi, həm də müalicəsini Türkiyə xəstəxanalarında təşkil edə bilərik. Digital mamoqrafiya ilə klassik mamoqrafiyadan daha az radiasiya və daha keyfiyyətli görüntü əldə etmək mümkündür

Süni Mayalanma

Bir çox ailə ya uşaq sahibi ola bilmədiyi üçün, ya da genetik bəzi xəstəliklərin embriyo mərhələsində aşkara çıxararaq dünyaya sağlam uşaq gətirmək üçün süni mayalanma (tüp bebek) metodundan istifadə edirlər. Türkiyə xəstəxanalarında süni mayalanmanın bütün növlərini təşkil edə bilərik

Saç əkdirmə

Xüsusilə kişilərdə çox görülən saç tökülməsi problemi çox vaxt genetik olur və tək çarəsi saç ökülən bölgəyə saçın əkilməsi,
daha doğrusu vücudun başqa hissələrindən sağlam tüklərinbaş hissəsinə köçürülməsidir. Türkiyə klinikalarında əməliyyatxana şəraitində lokal anesteziya ilə tamamilə ağrısız və 100% zəmanətlə saç əkilməsi xidmətini təşkil edirik

Kardiologiya & Anjio

Dünyada bir nömrəli ölüm səbəbi ürək-damar xəstəlikləridir. Ürək xəstəlikləri ilə bağlı Türkiyənin ən tanınmış həkimlərinə müayinə olunma, bütün analizlərin olunması, anjiyo və lazım olduğu təqdirdə bütün növ stendlərin taxılması kimi xidmətləri təşkil edirik. Bunların xaricində, ürək əməliyyatları, şuntlama (bypass) və ürək köçürülməsi kimi əməliyyatlar mümkündür

Mikro-Cərrahiyyə

Xüsusilə qəza nəticəsində əl və ya qollarda meydana gələn yaralanma, kəsilmə və qopma kimi durumlarda mikro cərrahiyyə əməliyyatına ehtiyac duyulur. Xüsusilə qopmuş bir üzvün yerinə tikilməsi zamanı damar ve sinir tellərinin yenidən bərpası üçün olduqca mürəkkəb əməliyyarlardır və əməliyyat olunan bölgə mikroskopla böyütülərək edilir. Türkiyə xəstəxanalarında bu cür əməliyyatları təşkil edə bilirik

Orqan Köçürmə

Günümüzdə ən mürəkkəb əməliyyatlardan olan orqan köçürmə əməliyyatları Türkiyənin bir neçə xəstəxanasında təşkil olunmaqdadır. Xüsusilv böyrək köçürmə, ürək köçürmə və qaraciyər köçürmə üzrə bir çox məşhur cərrahların xidmətindən istifadə edə bilərsiniz. Münasib donor mövcud olduğu təqdirdə orqan nəqli əməliyyatına hazırlıq müddəti sadəcə 3-4 gün çəkməkdədir

İlik Köçürmə

Kök Hüceyrəsinin köçürülməsi əməliyyatı, talassemeya, oraq hüceyrə anemiyası, aplastik anemiya, myelodisplatik sindrom kimi qan xəstəliklərinin; losemiya, lenfoma və solid şişlər kimi malign xəstəliklərin, immun yetərsizliyinin və bəzi metabolik xəstəliklərin ən önəmli müalicə şəklidir. Türkiyə xəstəxanalarında həm uşaq, həm də böyüklər üçün ilik və kök hüceyrə köçürülməsi əməliyyatlarını təşkil edə bilərik

Genetik Xəstəliklər

Son texnologiyalar sayəsində bir çox ciddi xəstəliklərin genetik səbəblərinin olduğu ortaya çıxmış olsa da, bu xəstəliklərdən tamamilə xilas olmaq hələ ki, mümkün deyil. Türkiyə xəstəxanalarının genetik bölümlərində dünyaya gəlməmiş körpənizin genetik strukturu analiz edilə, hər hansı xəstəlik riski varsa aşkarlana və körpə dünyaya gəlməmişdən həmin xəstəliyin müalicəsi mümkündür

Onurğa Xəstəlikləri

Hər cür onurğa və onurğa iliyi xəstəliklərinin müalicəsi təşkil olunur. Xüsusilə Skolioz (onurğa əyriliyi), bel fıtığı, boyun fıtığı (qrija), boyun qırılması, onurğa iliyi kanalında daralma, onurğa fəqərələrinin bloklanması və s. kimi ciddi problemlərlə bağlı Türk həkimlərinə müraciət edə bilərsiniz

Diş Xəstəlikləri

Ağız, diş, çənə cərrahiyyəsi, implant (Diş əkilməsi), konservativ diş müalicəsi (estetik dolğular), entodontiya (diş siniri müalicəsi), ortodontiya (əyri dişlərin müalicəsi), periodontologiya (diş əti xəstəliklərinin müalicəsi), pedodontiya (uşaq dişlərinin müalicəsi), sabit və hərəkətli protezlər, ağız iyi və ağız quruluğu müalicəsi təşkil olunur

Ağrılar

Xüsusilə bel və boyun başda olmaqla vücudumuzdakı ağrılar həyatımıza mənfi təsir etməkdədir. Türkiyə xəstəxanalarına müraciət edərək həm ağrının mənbəyini öyrənə bilər, həm də müalicəsini əldə edə bilərsiniz. Ağrıların növündən asılı olaraq,
fizioterapiya, radiofrekans və ya cərrahiyyə əməliyyatı tətbiq edilə bilər

CHECK-UP - ÜMUMİ MÜAYİNə

anjio-urek-turkiyede-mualiceTürkiyənin istənilən klinikasında check-up və mini check-up müayinəsinin təşkili

anjiyo

dis-xestelikleri-implant-turkiyede-mualiceÜrək, böyrək və aşağı ətrfa damarları üçün anjiyo və stend əməliyyatlarının təşkili

DÖŞ XERÇENGİ

dos-xercengi-onkologiya-turkiyede-mualiceDöş xərçəngi əməliyyatlarının və müalicəsinin (kemoterapiya, radioterapiya, hormonoterapiya) təşkili

SÜNİ MAYALANMA

anjio-urek-turkiyede-mualiceÖvlad sahibi olmaq istəyən ailələr üçün süni mayalanma (tüp bebek) prosedurunun təşkili

SAÇ əKDİRMə

anjio-urek-turkiyede-mualiceTürk xəstəxanalarında əməliyyatxana şəraitində istənilən miqdarda saç əkilməsinin təşkili

MİKRO-CəRRAHİYYə

anjio-urek-turkiyede-mualiceQopmuş orqanların yerinə tikilməsi və digər mikro cərrahiyyə əməliyyatlarının təşkili

DİŞ Xəstəlikləri

anjio-urek-turkiyede-mualiceAğiz və diş cərahhiyyə əməliyyatlarının, diş əkilməsinin (implant) təşkili

Xroniki ağrılar

anjio-urek-turkiyede-mualiceXüsusilə bel və boyun ağrılarının müalicəsi və fizikoterapiya

DERMATOLOGİYA

anjio-urek-turkiyede-mualiceVücud dərisindəki qüsurların ortadan qaldırılması və mezoterapiya təşkili

HAVA AMBULANSI

anjio-urek-turkiyede-mualiceYataq xəstələrinin hava ambulansı ilə və ya normal təyyarədə yataqlı olaraq Türkiyəyə çatdırılması

 

 

Türkiyənin ən Populyar Xəstəxanaları

Yeditepe Üniversitesi Hastanesi Türkiyədə müalicə türk həkimləri türk xəstəxanaları
Memorial Hastanesi Türkiyədə müalicə türk həkimləri türk xəstəxanaları
Medical Park Hastanesi Türkiyədə müalicə türk həkimləri türk xəstəxanaları
Florence Nightingale Hastanesi Türkiyədə müalicə türk həkimləri türk xəstəxanaları
Amerikan Hastanesi Türkiyədə müalicə türk həkimləri türk xəstəxanaları
Acıbadem Hastanesi Türkiyədə müalicə türk həkimləri türk xəstəxanaları

 

 

Bizi təqib edin: