VAKANSİYALAR

E-Shopping sahəsində təcrübəniz varsa və aşağıdakı vakant iş yerlərindən birinin sizin üçün münasib olduğunu düşünürsünüzsə, CV-nizi email ilə bizə göndərin.

Online satış operatoru

Azərbaycan dilində səlis danışan və yazan, nəzakət etikətlərinə sahib, dəyişkən iş saatlarına uyğunlaşa biləcək namizədlər müraciət edə bilər.

Sosial şəbəkə mütəxəssisi

Facebook, Instagram, Youtube, Twitter, Pinterest və digər sosial şəbəkə alətlərindən başı çıxan, orijinal paylaşımlar və blog mətnləri hazırlaya bilən, Photoshop bilgisi olan namizədlər müraciət edə bilər.

Digital marketing mütəxəssisi

Google Ads bilgisi olan, axtarış motorlarının işləmə mexanizmlərinə bələd, SEO sahəsində təcrübəli, Google Analytics, Search Console və Webmaster Tools kimi sistemlərdən başı çıxan namizədlər müraciət edə bilər.

Kuryer

Sifarişlərin müştərilərə çatdırılması və ödənişlərin toplanması üçün Bakı şəhərini yaxşı tanıyan namizədlər müraciət edə bilər.

Qrafik dizayner

Photoshop, Corel Draw və digər qrafik dizayn proqramlarında işləyə bilən, video və şəkillər dizayn edə bilən, loqotiplər yarada bilən namizədlər müraciət edə bilər.

 

Müraciətlər yalnız və yalnız email yolu ilədir. Başqa yollardan saytımıza göndərilən müraciətlər diqqətə alınmayacaq.

 

 

 

 

Bizi təqib edin: